İnsanlara hürriyət, millətlərə istiqlal!

​Argentina Futbol Assosiasiyasının binası partlayış təhlükəsi səbəbindən təxliyə edilib

503 28.06.2016 00:53 İdman A A
Argentina Futbol Assosiasiyasının mənzil qərargahının binası partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.
Təxliyə ofisə bomba qoyulmasına dair anonim zəngdən sonra həyata keçirilib. Polis binanı əhatəyə alıb və partlayıcı maddənin olması ehtimalı ilə binada yoxlama aparıb. Təşkilat prezidenti vəzifəsini icra edən Luis Sequra binanı şərh vermədən tərk edib.

Qeyd edək ki, Argentina millisi iyunun 27-də Amerika Kubokunun finalında Çili yığmasına məğlub olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR