saat 20:15
Argentina və Uruqvayda elektrik enerjisi sistemində problem yaranıb, elektrik enerjisi təchizatı dayanıb.
APA-nın məlumatına görə, bunu Argentinanın "Edesur" distribütor şirkəti "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Şirkət əhalini davamlı məlumatla təmin edəcəyini açıqlayıb. Artıq 1 saatdır ki, Argentinada elektrik yoxdur.
***
Argentinada enerji təminatında böyük fasilə baş verəndən sonra istifadəçilərin yarısında elektrik enerji təminatı bərpa edilib. Bu barədə Argentina prezidenti Maurisio Makri deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında enerji təchizatı sistemində yaranan fasilə Argentina və Uruqvayı işıqsız qoyub, Uruqvayda elektrik təchizatı bərpa edilməyə başlayıb.
M.Makri qeyd edib ki, hazırda 50 faiz müştərilərdə hər şey ştat rejimində işləyir:
"Yaxın vaxt ərzində bütün istifadəçilərdə elektrik enerji təminatı bərpa ediləcək"./Trend/






