Futbolçu Arda Turan sosial şəbəkə paylaşımı müzakirələrə səbəb olub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu yenicə ailə qurduğu həyat yoldaşı Aslıhan Doğana ayaqlarını yudurtduğu yerdə çəkilən fotosunu paylaşıb və sözügedən şəklə “Yeni fizioterapevtim” sözlərini yazıb. Ardanın bu addımı çoxları tərəfindən tənqid olunub.
Qeyd edək ki, ötən il azərbaycanlı aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günaya dırnaqlarını tutdurduğu an çəkilən fotosunu paylaşmışdı.
Bir müddət əvvəl isə müğənni Alişan “Evlənəcəyim qadın ayaqlarımı yuyub, başmaqlarımı geyindirəcək” sözləri ilə sosial şəbəkə izləyicilərini təəccübləndirmişdi.
Könül,
Musavat.com






