İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Güleri tənqid edən Ançelottinin nəvələri futbolçunun pərəstişkarları imiş - FOTO

1347 14.05.2024 01:29 İdman A A

“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin nəvələri Arda Gülerin forması ilə görüntüləniblər.

Türkiyəli futbolçuya münasibəti ilə tez-tez gündəmdə olan italyan məşqçi gah Ardanı tərifləyib, gah da tənqid edib.

Ancaq ümumi rəy belədir ki, Ançelotti nə düşünsə də, Güler “Real Madrid” azarkeşləri arasında sevilir. Təkcə klub azarkeşləri deyil, Ançelottinin nəvələri də Arda Gülerin pərəstişkarıdırlar.

İtaliyalı məşqçinin ailəsi ilə çəkilmiş fotosu buna sübutdur. Şəkildə Karlonun nəvələri Arda Gülerin 24 nömrəli formasını geyiniblər. 

Снимок экрана 2024-05-13 213340.jpg (110 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR