İnsanlara hürriyət, millətlərə istiqlal!

Arayışları "Elektron hökumət" portalından almaq mümkün olacaq

1690 16.04.2015 11:04 Ölkə A A
Azərbaycanda "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.
 
Nazirlikdən İKT.lent.az-a verilən məlumata görə, istifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:
 
- Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış;
- Yaşayış yeri haqqında arayış;
- FİN-ə görə fərdi məlumatların axtarışı;
- Diplom haqqında məlumatlar.
 
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
 
Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
 
Yaşayış yeri haqqında arayış
 
Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür .
 
FİN-ə görə fərdi məlumatların axtarışı
 
Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:
 
- Soyad, ad, ata adı
- FİN
- ŞV verilmə tarixi
- Etibarlılıq tarixi
- Verən orqanın adı
- Vətəndaşlıq
- Yaşayış ünvanı
- Doğum yeri
- Doğum tarixi
- Boy
- Qan qrupu
- Ailə vəziyyəti
- Hərbi vəzifə
- Cins
- Göz rəngi.
 
Diplom haqqında məlumatlar
 
Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:
 
- Qəbul olduğu təhsil müəssisəsinin adı
- Qəbul olduğu ixtisas
- Yerdəyişmə üzrə məlumatlar
- Bitirdiyi təhsil müəssisəsinin adı
- Bitirdiyi ixtisas
- Fakültə
- Təhsil pilləsi
- Təhsil forması
- Təlim dili
- TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
- Təhsil müəssisəsinə daxil olduğu il
- Təhsil müəssisəsini bitirdiyi il
- Diplomun seriya və nömrəsi
- Diplomun növü.
 
E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
 
Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.
 
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR