İnsanlara hürriyət, millətlərə istiqlal!

Arayik Arutyunyanın azərbaycanlı vəkili DANIŞDI: "Peşə borcumdur..." - FOTO

3584 04.10.2023 10:58 Son xəbər A A

Xankəndində həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub.

Musavat.com xəbər verir ki, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək.

Alov Səfərəliyev açıqlamasında faktı təsdiqləyib: “Bu gün Arayik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”

WhatsApp Image 2023-10-04 at 11.08.06.jpeg (90 KB)

 (Azinforum.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR