İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin şeytan əməli: Şuşaya gələnlər Xankəndinə buraxılmayacaq? - Zaur Məmmədov CANLI yayında

3192 17.06.2021 15:29 Gündəm A A

Xankəndində mənzillənən separatçı rejim “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi” hazırlayıb. Həmin “qanuna” əsasən bundan sonra 1991-1994, 2016 və 2020-ci ildə işğaldan azad etdiyimiz ərazilərə, yəni Füzuli, Zəngilan, Suqovuşan, Cəbrayıl, Hadrut, Şuşa və digər rayonlarımıza səfər edən xaricilər “artsax”a buraxılmayacaq. 

Söhbət Qarabağın yuxarı hissəsi olan Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı ərazilərindən gedir. Beynəlxalq axtarışda olan separatçı rejimin cinayətkar başçısı Araik Arutyunyan və komandası Rusiya sülhməramlılarının qanadı altında Xankəndində oturaraq belə sarsaq “qanun”lar icad etməyə başlayıblar.

Beynəlxalq sənədlərdə bu ərazilərin Azərbaycanın tərkib hissəsi kimi tanındığını unudan, hətta Rusiya Prezidenti Vladimir Putinin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” deməsini yada salmayan separatçı və kukla “respublika”nın rəhbərləri indi bu ərazilərə gələnlər üçün şərt qoyurlar. Halbuki, Xankəndinə və digər ərazilərə gələn xarici vətəndaşlar bunu Azərbaycanla razılaşdırmalıdırlar.

“Sənəd”də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə daxil olan ərazilərin yenidən işğal edilməsi, gorbagor olmuş “status” məsələsinin yenidən gündəmə gətirilməsi hədəflənir. İddia olunur ki, A.Arutyunyanın Rusiyaya səfərindən sonra Xankəndindəki separatçıların təlimat mərkəzi daha İrəvan deyil, Moskvadır.

Bəzi ekspertlər onu da iddia edir ki, həmin “ideyanın” müəllifi ruslardır. Çünki Şuşa bəyannaməsi Qarabağda situasiyanı dəyişdirir, ermənilər ya Azərbaycanın bayrağı altında yaşamalı, ya da köçüb getməlidirlər...

MusavatTV-nin canlı yayınında aparıcı Emil Salamoğlu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla ermənilərin Xankəndindəki şeytan əməllərini, Şuşa bəyannaməsinin yaratdığı geosiyasi və regional gerçəklikləri müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR