İnsanlara hürriyət, millətlərə istiqlal!

Araiki şəxsən tanıyan azərbaycanlı DANIŞDI, Şahramanyan İrəvanda “KÜKRƏDİ” - CANLI

1817 06.10.2023 16:00 Son xəbər A A

Qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyan Qarabağdan Ermənistana köçdükdən sonra dünən axşam saatlarında tanınmayan “DQR”in Ermənistandakı nümayəndəliyində geniş məsləhətləşmələr keçirib. Musavat.com bildirir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Qəzet yazıb ki, məsləhətləşmənin gündəliyində separatçı rejim “rəhbər”i tərəfindən bir sıra mühüm mövzular müzakirə edilib. Xankəndidə olarkən quzuya dönən, öz nümayəndələrini Yevlaxa azərbaycanlılarla görüşə göndərən separatçı lider İrəvanda "kükrəyib". O, qondarma respublika uğrunda mübarizəni davam etdirəcəklərini deyib:

“Samvel Şahramanyan “Artsax”ın və ümumiyyətlə, siyasi elitanın qarşısında duran prioritet məsələləri təqdim edib. Bu, ilk növbədə, Bakıdakı “Artsax” “liderlər”inin qaytarılması istiqamətində atılacaq addımlardır. “Prezident” bu məqsəd üçün istənilən platformadan və vasitədən istifadə etməyi tapşırıb”.

KİV yazır ki, məsləhətləşmələrin ikinci hissəsi isə Qarabağdan Ermənistana köçən yerli ermənilərin sosial problemlərinin həlli və onların işlə təmin olunması məsələsi olub.

“Samvel Şahramanyan Ermənistan tarixindəki ən böyük ləkələrdən biridir. Bilmirəm bu adam satqındır, axmaqdır, yoxsa sadəcə beyinsiz bioloji varlıqdır. Bəzilərinin buna necə haqq qazandırmağa çalışdığını bilmirəm. Ola bilsin ki, bununla onlar Şəhramyanı təbliğ etmək, qorumaq və seçməkdikləri üçün günahlarını yümağa çalışırlar”.

Musavat.com xəbər verir ki, bu sözləri isə Qarabağdakı separatçıların nümyəndəsi, hazırda İrəvanda məskunlaşmış Hayk Xanumyan deyib.

O deyib ki, Şahramanyan Qarabağın “siyasi sahəsi”ndə həmişə heç kim olub. “Bakıda həbsdə olan adamların da Şahmaryanın siyasi meydana buraxılmasında günahı az deyil. O, bu gün düşmənin qələminə çevrilib. Onun vasitəsilə milli rüsvayçılıq alnımıza yazılıb”.

Vaxtilə Xankəndidə yaşamış azərbaycanlı Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyanın uşaqlığından danışıb. Həmid Bəylərov adlı şəxs Araiki və atasını uşaqlıqdan yaxşı tanıdığını deyib. Onun sözlərinə görə, Arutyunyan uşaq yaşlarından atası kimi azərbaycanca səlis danışa bilirmiş:

“Alçağı uşaqlıqdan tanıyıram, 50 yaşı var, “Avtolovka Vova”nın (Səyyar mağaza - "avtolovka") (Valodya) oğludur, atası alverçi kimi ad çıxarmışdı, Azərbaycan dilini atası kimi səlis bilirdi, atası çox vaxt onu yanında gəzdirirdi. Nədənsə, ermənilərə qaynayıb-qarışmırdılar, alveri əsasən, Azərbaycan kəndlərində edirdilər, həddən çox kök uşaq idi, bir bacısı var idi, Arayikdən böyük olmalıydı, musiqi məktəbində oxuyurdu, Arayik yaşca bizdən balaca idi, öz yaşıdları ilə oynayırdı, köklüyünü uşaqlar ələ salırdı, 1983-cü ildə mən oxumağa getdim, ondan sonra heç birini görmədim, 1987-ci ildə bu münaqişələr mitinqlər şəklində başladı, sonu müharibəyə çevirildi. Çox eqoist uşaq idi”.

Ermənistan Müdafiə Nazirliyində Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumat yoxdur. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib. Torosyan qeyd edib ki, belə bir görüşün keçirilməsi nəzərdə tutulmayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə siyasi şərhçi Heydər Oğuz rusların bölgədən gediş ehtimalı, Putinin bəyanatları, sülh müqaviləsi şansı və separatçıların həbsini müzakirə edirlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR