İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA-dan idxalçı sahibkarlar üçün yenilik: Elektron sistem yaradılacaq

427 29.10.2019 14:24 Son xəbər A A

"Sahibkarlar Azərbaycana qida məhsullarını gətirmək üçün AQTA-ya elektron sistem vasitəsilə müraciət edəcək".

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin sektor müdiri Samir Rüstəmli bildirib. Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq: "Sistem “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün dövlət proqramı”ndan irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da, sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər".

S.Rüstəmli sahibkarlara xəbərdarlıq edib ki, etibarlı idxalçı status almaq üçün düzgün xarici tərəfdaş seçsinlər: “Ölkəyə məhsul idxal etmək üçün ticarət tərəfdaşlarını düzgün seçsinlər. Bununla da, onlar etibarlı idxalçı statusuna malik olmaqla idxal etdikləri məhsulların yoxlanma tezliyinin azalmasına nail olacaqlar. Eyni zamanda, ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasına töhfə verəcəklər".

Nərgiz,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR