İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqşin Yenisey yazar-jurnalist Kənan Hacının səhhətindən danışdı

1015 19.08.2015 20:31 Gündəm A A
Yazar-jurnalist Kənan Hacı xəstəxanada müalicə olunur. O, əvvəlki müsahibələrində müalicə olunmasa, xəstəliyinin irəliləyib, qaraciyər serrozuna çevrilə biləcəyini ifadə etmişdi. 

Jurnalistin vəziyyəti ilə bağlı bir zamanlar qaraciyər serrozundan əziyyət çəkən və dövlət hesabına müayinə olunan şair Aqşin Yeniseydən münasibət öyrəndik. O, həmkarı haqqında bunları söylədi: “Bizim xəstəliklərimizin bir fərqi var ki, məndə Hepatit C yox, qaraciyər serrozu idi. Həmin vaxtlarda mən dostlarıma xüsusi bu məsələni ictimailəşdirdiklərinə görə təşəkkür etdim. Amma özümün xüsusi rolu olmayıb, bu işdə… Hətta mən xəstəxanaya yerləşdirilənə kimi evdə nə vəziyyətdə olduğumdan dostlarımın xəbərləri olmayıb. 

Mənim bildiyim qədəri ilə Səhiyyə Nazirliyi Kənan bəyin bütün müalicəsini öz üzərinə götürüb və hazırda o, müalicə olunur. Kənan bəyin özü ilə telefon əlaqəsi yaratmamışam, yanına getməyə işdən fürsətim olmayıb. Amma bir dost və həmkar kimi yaxın zamanlarda gedib, onu xəstəxanada ziyarət edəcəm. Mətbuatdan izləyirəm və xəbərim var ki, Kənan bəy müalicə alır, qorxulu mərhələ artıq başa çatıb. 

Mən cənab Prezidentin göstərişi ilə müalicə olundum. Mənə sadəcə, söylənildi ki, müalicənin şərtlərinə əngəl törətməyim. Mən də təşəkkürümü bildirdim və bir xəstə kimi yatağıma uzanıb, nəticəni gözlədim. Nəticə də ki, yaxşı alındı...” 

Xatırladaq ki, yazıçı-jurnalist Kənan Hacı səkkiz ildən çoxdur ki, Hepatit C xəstəliyindən əziyyət çəkir.

Aygün Səfərli,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR