Son günlər gənclər və yeniyetmələrin aqressiv hərəkətlərinin şahidi oluruq və bu, onların uyğun təbiətə malik olduqlarının göstəricisi sayılır.
Onlar daha çox cinayət aləminə meyllilikləri ilə seçilir, heç nə üstündə mübahisəyə girişirlər. Bakıda yeniyetmələr və gənclər arasında baş verən kütləvi dava-dalaşlar da bunu təsdiq edir.
Bəs bunun səbəbi nədir? Gənclər niyə aqressivdir? Yeniyetmələrin bu xarakterdə yetişməsinin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Müsavat Tv-nin əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.
Anar Əhməd,
Musavat.com






