İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar sığortanın dövlət büdcəsi hesabına ödənilməli olan hissəsi ilə əlaqədar tələb edilən sənədlər müəyyənləşib

253 13.12.2019 23:39 İqtisadiyyat A A

Nazirlər Kabineti “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin siyahısı”nı təsdiqləyib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qərara əsasən, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə aşağıdakılar əlavə edilməlidir:

- sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair məlumat;

- hüquqi şəxslərlə bağlanılmış sığorta müqavilələrinin və ya onlara verilmiş sığorta şəhadətnamələrinin surəti;

- hər bir sığorta müqaviləsi üzrə sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilməli olan hissəsinin ödənilməsi barədə sənədlərin surəti.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR