İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Gözləyirəm Zəngəzur dəhlizi açılsın, maşınla İrəvana gedim, ordan da İstanbula uçum”

656 14.12.2021 13:11 Son xəbər A A

Deputat Aqil Abbas Milli Məclisdə Turizm haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat həmkarlarının səsləndirdiyi fikirlərlə razılaşdığını bildirdi. Amma qeyd etdi ki, özümüz deyirik, özümüz də eşidirik. “İndi İrəvandan İstanbula təyyarə reysi açırlar, Çavuşoğlu da dedi. İrəvandan İstanbula 80 AZN-dir. Mən də gözləyirəm Zəngəzur dəhlizi açılsın, maşınla İrəvana gedim, ordan da İstanbula uçum. Dövlət hər il subsidiya verir. Burda deyirk, burda da qalır. Şirkətlər gəlir, ucuz reys açmaq istəyir. Bİr iki ay sonra çıxıb gedirlər”.

A.Abbas bildirdi ki, deyilənlərə məhəl qoyulmadığı üçün bəlkə heç danışmayaq: “Deputat yoldaşlar, sözümüz söz olaraq qalır. Bəlkə heç danışmayaq. Allahın bir “Zirə” komandaını da saxlaya bimədi, bir o qədər pulun işində. Möhtərəm Prezident bir dənə “Qarabağ” komandası olmalıdır ölkədə, dedi”.

Deputat dedi ki, turizmi inkişaf etdirmək otel və uçuş qiymətlərinə baxılmalıdır: “Baxıram ki, 2 gecə 3 gün otel qiyməti 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Gedəcəyəm o otelə? Yox. Qymətlər! Xarici turist gələr ola? 1750 manata Antalyada bir həftəlik istirahət edə bilər. Xüsusilə də təyyarə biletlərinin qiymətləri məsələsi həll olunmalıdır”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR