İnsanlara hürriyət, millətlərə istiqlal!

“APTEK AÇMAQ ÜÇÜN TƏLƏB OLUNAN LİSENZİYA ÇOX BAHADIR”

9236 20.02.2010 09:17 Ölkə A A
“Bəzi jurnalistlərin xoşu gəlir sıfırların sayını artırmaqdan. Amma düzdür, rüşvət şəklində yox, rəsmi rüsum şəklində xeyli vəsait tələb olunur. Biz bu rüsumun məbləği ilə razı deyilik. Hökumətə məbləğin azaldılması ilə bağlı müraciət etmişik. Çünki tutaq ki, kənd yerlərində, ucqarlarda fəaliyyət göstərən apteklər o pulu qazana bilmirlər. Ona görə də aptekin yerləşdiyi yerdən asılı olaraq rüsumun tətbiq olunmasını daha uyğun sayırıq”.
O.Şirəliyev bildirib ki, dərman problemi bütün dünyada mövcuddur, Azərbaycanda da həmçinin: “Amma bu problem öz həllini tapır. Əvvəllər ölkəyə 10-15 min növ qeydiyyatdan keçməyən dərman gətirilirdi, amma indi qeydiyyatsız bir dənə də dərman gətirilə bilməz. Əhalinin keyfiyyətsiz dərmanlardan şikayəti yoxdur artıq”. Nazir bildirib ki, dərman istehsalı Azərbaycanda çox cüzidir: “Bu, böyük işdir. Bizə indi sərf edir ki, tanınmış firmaların dərmanları gətirilsin, nəinki investisiya qoyub dərman zavodu tikilsin. Bir neçə tanınmış firma, ölkə bu istiqamətdə araşdırma aparıblar, görüblər ki, iqtisadi cəhətdən bu, əlverişli deyil”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR