İnsanlara hürriyət, millətlərə istiqlal!

APRELİN 24-də TAKSİMDƏ ERMƏNİ-TÜRK SAVAŞI OLA BİLƏR

2493 19.04.2012 09:51 Gündəm A A
Türkiyə ermənilərinin yaydıqları açıqlamalarda bildirilir ki, aksiya Türkiyə vaxtı ilə saat 19:15-də başlayacaq. İstanbulla yanaşı, Ankara və İzmirdə də “erməni soyqırımı”na həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulub. İstanbulda dərc olunan erməni dilli “Aqos” qəzetində 24 aprel yürüşü ilə bağlı çağırışlar dərc olunub.
Bu arada yürüş günü 24 aprel aksiyasına və “erməni soyqırımı”na etiraz olaraq türkiyəli gənclərin etiraz aksiyası keçirəcəyinə dair məlumatlar da yayılıb. Həmin gün Taksimdə toqquşmaların olacağı da istisna edilmir.
MHP-nin İstanbul millət vəkili Atilla Kaya “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “erməni soyqırımı” iddialarını qəbul etmək mümkün deyil: “Bu, səbəbləri də, nəticələri də bəlli olan tarixi bir məsələdir. Osmanlı imperiyası I dünya müharibəsində ən çətin günlərini yaşayarkən, bir qrup erməni ünsürü Balkan yarımadasında baş verən proseslərdən nümunə götürərək ayağa qalxıb, hadisələr törədiblər. Müharibə gedə-gedə Osmanlıya arxadan xəncər vurublar. Belə olan halda da Osmanlı imperatorluğu onları öz sərhədləri çərçivəsində olan bir yerə götürüb daha güvənli bir yerə aparıb. Bu zaman da bəzi hadisələr baş verib. Bizim ”erməni soyqırımı" deyilən bir qondarma hadisəni qəbul etməyimiz mümkün deyil".
A.Kaya qeyd etdi ki, AKP iqtidara gələndən sonra Türkiyəyə kin bəsləyən bir sıra dövlətlər ölkənin qarşısına “soyqırım” məsələsi qoyurlar: “Bizim iqtidarın təslimçi və tariximizi parçalamağa yönəlik münasibəti nəticəsində belə bir vəziyyətlə qarşı-qarşıya qalmışıq. Sözdə ”erməni soyqırımı" məsələsini əllərində şüar edərək küçələrə tökülmək ifadə azadlığı yox, izahı olmayan bir vəziyyətdir. Türkiyədən nə isə qoparmağa çalışırlar. Bunlara imkan verən də AKP iqtidarıdır".
Millət vəkili Türkiyə hökumətinə çağırış etdi: “Türkiyə toplumu bu aksiyanı normal qarşılamamalıdır. Hökumət və daxili işlər nazirliyi bu hadisələri diqqətdə saxlamalıdır. Çünki bu yürüşdən istifadə edənlər provokasiya xarakterli hadisələr törədə bilərlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR