İnsanlara hürriyət, millətlərə istiqlal!

Apple firmasının gəlirləri rekord həddə artdı – 3 aya 18 milyard!

963 28.01.2015 14:11 Maraqlı A A
Aplle firması 2014-cü ilin son 3 ayında rekord miqdarda - 18 milyard dollar xalis gəlir əldə edib. BBC-nin məlumatına görə, şirkətin açıqladığı 2015-ci il ilk rüblük hesabat 2014-cü ilin son 3 ayını əhatə edir. 

Hesabatdan məlum olur ki, dünyada baş verən maliyyə böhranının Amerika firmasına elə də təsiri olmayıb. 

Şirkət xüsusən də “iPhone 6” telefonlarının satışından böyük gəlir götürüb. Hesabatda qeyd olunur ki, sözügedən telefon markalarına tələbat rekord həddə çıxıb. 

Belə ki dünya üzrə 3 ayda 74,5 milyon ədəd “iPhone” satılıb. Şirkətin CEO-su Tim Kuk “iPhone 6”ya olan tələbatı “sərsəmlədici” adlandırıb. 


Ancaq maraqlıdır ki, iPad tabletlərinin satışı 2014-cü ildə əvvəlki illərlə müqayisədə 18 faiz azalıb. 

Ümumilikdə isə Apple firmasının 2014-cü ildə gəlirləri 30 faiz artaraq 74,6 milyard dollara çatıb. 

Bu xəbər yayıldıqdan sonra Apple firmasının hissələrinin dəyəri 5 faiz artıb. O da bəlli olub ki, apreldə firma yeni “Apple Watch” “smart-saat”ları bazara çıxaracaq.

Kənan, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR