İnsanlara hürriyət, millətlərə istiqlal!

“Apple” bütün cihazlarında üztanıma texnologiyası tətbiq edəcək

248 26.07.2021 17:31 Dünya A A

ABŞ-ın Kompüter texnikası və istehlak elektronikası istehsalçısı “Apple” 2 il ərzində bütün cihazlarında “Face ID” üztanıma funsiyası tətbiq edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, gələcəkdə bu funksiya "Mac" kompüterlərinə, aşağı büdcəli “iPhone SE” və “iPad Air”ə əlavə ediləcək.

Hazırda bu cihazlarda “Face ID”nin daha ucuz alternativi olan barmaq izi skaneri “Touch ID”dən istifadə olunur.

Xatıladaq ki, “Face ID” 2017-ci ildən tətbiq olunur. Bu funksiya smartfonu açmağa, “iTunes Store”, “App Store” və “iBooks Store”da alış-veriş etməyə, “Apple Pay”də ödəniş üçün kartları seçməyə imkan verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR