APELYASİYA MƏHKƏMƏSİ “YENİ MÜSAVAT”ın ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ
V.Hüseyn çıxışında Yasamal Rayon Məhkəməsinin çıxardığı qətnamənin qanunsuz və əsassız olduğunu, qətnamədə tətbiq edilməli olan qanunun və ya digər normativ - hüquqi aktın tətbiq edilməməsini, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, habelə qətnamədə əsas kimi göstərilən qanunların səhv təfsir edildiyini göstərərək onun ləğvini istədi. DGK-nın nümayəndəsi isə Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra “Yeni Müsavat”ın apelyasiya şikayətini təmin etmədi və beləliklə qətnaməni qüvvədə saxladı.
V.Hüseynin bildirdiyinə görə, “Yeni Müsavat” Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək: “Biz bu məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacağıq”.
V.Hüseynin bildirdiyinə görə, “Yeni Müsavat” Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək: “Biz bu məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacağıq”.






