İnsanlara hürriyət, millətlərə istiqlal!

Apelyasiya məhkəməsi Trampın köməyinə çatdı: O, 175 milyon dollar girov təqdim edəcək

618 25.03.2024 23:16 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York apellyasiya məhkəməsinin qərarı ilə razılaşdığını açıqlayıb.

O, özünə məxsus Truth Social şəbəkəsində dələduzluq işi üzrə qərardan şikayət vermək üçün tezliklə 175 milyon dollar girov ödəyəcəyini bildirib: "Biz apellyasiya məhkəməsinin qərarına əməl edəcəyik və qiymətli kağızlar və ya nağd pul şəklində 175 milyon dollar girov göndərəcəyik. Bu həm də 450 milyon dollar məbləğində girovun təyin edilməsi haqqında ilkin qərarın nə qədər gülünc və hədsiz olduğunu göstərir".

Qeyd edək ki, D.Trampın vəkilləri girov məbləğini təmin etmək üçün 30-dan yuxarı maliyyə qurumuna müraciət etsələr də, heç biri təminatı verməyib. Sonunda Tramp özünün Truth Social sosial şəbəkəsinin sahibi olan Trump Media & Technology Group (TMTG) şirkətinin Digital World Acquisition Corporation (Digital World) şirkət ilə birləşməsinə razılıq verməyə məcbur olub. Birləşmə nəticəsində onun şirkətinin səhmləri bahalaşıb və Tramp zəruri həcmdə girovun əvəzinə onların bir qismini məhkəməyə təqdim etməyə hazırlaşır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR