Aparıcı mətbuat konfransında Qarabağla bağlı danışan həmyerlimizin sözünü kəsdi - Video
"Eurovision-2016" mahnı yarışmasının ilk yarımfinal mərhələsindən sonra mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, finala vəsiqə qazanan 10 ölkə təmsilçisi jurnalistlərin suallarına cavab verib.
Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan təmsilçisi Səmra Rəhimli özünü xoşbəxt hiss etdiyini bildirib: "Çox şadam ki, ölkəmi bu müsabiqədə təmsil edirəm. Bu mənim arzum idi. Mənə səs verən, dəstək olan hər kəsə təşəkkür edirəm. Hisslərimi dilə gətirmək çətindir".
Konfransda iştirak edən İTV-nin baş direktor müavini Şaiq Məmmədov Səmranı ilk yarımfinal mərhələsində qazandığı uğur münasibəti ilə təbrik edib. Daha sonra Qarabağla bağlı danışan direktor müavininin sözü aparıcı tərəfindən dəfələrlə kəsilib.
Qeyd edək ki, Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduğu “Miracle” mahnısı ilə ölkəmizi təmsil edən Səmra finalın birinci hissəsində çıxış edəcək. “Bir araya gələk!” şüarı ilə keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-si saat 23:00-da, final isə mayın 14-ü saat 23:00-da yayımlanacaq.
Könül İbrahim,
Musavat.com






