İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı Fira Xəzərin çirkləndirilməsinin ŞOK VİDEOsunu paylaşdı

1420 23.05.2022 12:38 Gündəm A A

Sosial şəbəkələrdə Xəzərə çirkli suların axıdılması ilə bağlı daha bir video yayılıb. 

BAKU.WS xəbər veri ki, bu haqda aparıcı Fira Cəlilova bildirib. O, sosial şəbəkə hesabında Səbail rayonunun Dənizkənarı Bulvar ərazisindən Xəzərə çirkab suyun axıdıldığı görüntüləri yayımlayıb:

"Bulvar ərazisində dənizin geri çəkilməsinin şahidi oluruq, xüsusilə də dənizə axıdılan çirkli sular... Bu sular əks tərəfdə olan yaşayış evləri, mehmanxanalar və restoranlardan axıdıla bilər. Bəs bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır ki, dənizə belə çirkli sular axıdılır?".

Qeyd edək ki, dəfələrlə sosial şəbəkələrdə müəssisələr, obyektlər tərəfindən Xəzərə çirkli suların axıdılması ilə bağlı görüntülərə rast gəlinib. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR