İnsanlara hürriyət, millətlərə istiqlal!

AP üzvü: “Azərbaycanı hərtərəfli sülh sazişini qəbul etməyə çağırıram”  

1621 28.02.2024 14:00 Dünya A A

“Mən Azərbaycan rəhbərliyini hərtərəfli sülh sazişini qəbul etməyə çağırıram”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair görüşdə deyib.

Düşünürəm ki, indi viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq və Ermənistanın kommunikasiya və digər regional proqramlara daha çox daxil edilməsini dəstəkləmək üçün doğru zamandır. Eyni zamanda Ermənistanın görəcəyi işlər çoxdur. Bu, Rusiyadan çox asılıdır, orada rus ordusu yerləşir. 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan xalqları dinc və təhlükəsiz yaşamağa layiqdir”,-deyə deputat bildirib.

Avropalı deputatın belə bir çağırışı məhz Azərbaycana etməsi isə başqa suallar doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR