İnsanlara hürriyət, millətlərə istiqlal!

Anyası “məşədi” olan Nikolun anti-İran planı və “məmləkəti-Rey”in yuxusu...

1587 22.03.2023 18:30 Yazarlar A A

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mediası Azərbaycanın öz ərazilərində antiterror əməliyyatı aparacağından əndişələnir. Molla rejiminin yuxusu qaçıb, neçə gündür sayıqlamaları tirajlayırlar. İndi də iddia edirlər ki, Azərbaycan əməliyyatlara başlasa, hava hüqcumunu həyata keçirəcəklər. Bunlar üçün heç bir dəyər qalmayıb, həe şeyi, dindaşlığı, qonşuluğu, tarixi əlaqələri unudub, terrorçuları himayə edirlər. Dünənə qədər “Qarabağ islam torpağıdır”-deməklə yola verirdilər, bu gün Qarabağın islam torpağı olduğunu da unudublar, bir ovuc hay tayfasına görə hər şeyə gedirlər. Bu arada, məlum olub ki, SEPAH-ın bir qrup hərbçisi Seyid Əli Xameneiyə qarşı sui-qəsd hazırlayıbmış ötən payız və plan ifşa olunub. Bu xəbəri oxuyanda düşünürsən: özlərinin dini liderini aradan götürməyə cəhd edənlərdən nə ədalət, nə səxavət, nə qonşuluq gözləyəsən?..

İran Azərbaycana qarşı belə bir fikrə düşsə...” –

Əvvəllər bu kimi mətbuat yazılarına etirazlarımızın cavabında “bu, İran İslam Respublikasının rəsmi mövqeyi deyil, mətbuat yazısıdır”-bəhanəsi ilə vəziyyətdən çıxmağa çalışırdılar. Amma SEPAH-ın özünün hazırladığı son animasiya videosunda Araz çayı üzərindən Azərbaycan tərəfə uçan hansısa quşun daha sonra kamikadze drona çevrildiyi görünür. Özü də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Bakıdakı Zəfər paradında söylədiyi “Ay Laçın...” şeirinin sədaları altında uçururlar dronları. Daha bundan sonra dilləri olmayacaq “nala-mıxa” vurmağa, artıq rəsmən təhdid edirlər ölkəmizi!

44 günlük Vətən müharibəsindəki Zəfərimizi sinirə bilməyən ölkələrin başında dayanır İran! Müharibənin ilk günlərində ordumuzun hücumunu azı bir gün ləngidən İran sonrakı dönəmlərdə əlindən hansı pislik gəldisə, onu əsirgəmədi. Araz sahilində hərbi təlimlər keçirib, torpaqlarını işğaldan qurtaran Azərbaycanı təhdid edən Tehran rejimi ardınca daha da irəli gəldi, Arazın üzərindən panton körpülər atmaqla təlimləri reallaşdırdı, daha sonra gizli yolla Qarabağa qanunsuz yüklər yolladı, hətta Ermənistan nömrə-nişanları ilə! Bütün bu özbaşınalıqların qarşısı alındıqda isə, Qarabağa terrorçular yolladı, 30-adək İran vətəndaşının Laçın yolu ilə Xankəndiyə gəldiyi ifşa olundu dövlətimizin müvafiq qurumları tərəfindən. Tehran rejimi Qarabağa uzanan əlinin və dilinin kəsilməsindən havalandığı üçün anlaqsız davranışları davam etdirir. Məhz bundan sonra Tehrandakı səfirliyimizə qarşı terror hücumu təşkil edildi, toxunulmazlıq statusu olan diplomatlarımız qətlə yetirildi, yaralandı. Qarabağa yolladıqğı terrorçuların ifşasının cavabı da sayıla bilər bu xain hücum!

Bakupost.az - SEPAH, yoxsa “İran Narkotrafiki” Keşikçiləri Korpusu? - VİDEO

İran son bir neçə ildə özünü elə aparır ki, sanki yer-göy yarılıb, dünya-aləmdə bir Ermənistan qalıb, bir də özü...Hər sözünün əvvəlində də “Ermənistanın sərhədləri bizim qırmızı xəttimizdir”-deyir, sonunda da. Budur, Martın 22-də İrəvanda jurnalistlərlə söhbətində İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib İran İslam Respublikası qonşuları ilə əlaqələrin inkişafına üstünlük verir. Sitat: “Mehriban qonşuluq prinsipinə əsasən, həm Ermənistan, həm də regionda sabitlik və sülhün bərqərar olması prosesi İranın xarici siyasətində mühüm və xüsusi yer tutur. Erməni həmkarımın dəvəti ilə indi Ermənistandayam. Dünən və bu gün onunla, eləcə də Ermənistanın xarici işlər naziri ilə çox səmərəli müzakirələr apardıq. Bu görüşlərdə İranın regionda sülhün təmin olunmasında sabit mövqeyi qeyd edilib. Həmçinin vurğulanıb ki, İran regionda sülh və təhlükəsizliyin bərqərar olunmasında həmişə sabit və etibarlı tərəfdaşdır”.

İran az qala bütün qonşuları ilə düşmənçilik edir, təkcə Ermənistandan başqa. Hansı ki, Azərbaycanı absurd iddialarla ittiham edən Tehran rejimi Ermənistanda anti-İran koalisiyası əməkdaşlarının sürətlə çoxaldıqlarını görmək istəmir. İrəvandakı ABŞ səfirliyində azı 2 min əməkdaş var, onların əsas işi İranla bağlıdır, şübhəsiz. Avropa İttifaqının bir neçə yüz casusu da özünü yetirdi Ermənistana. İran rəsmiləri heç nə olmamış kimi davrandılar. Avropa Birliyi Ermənistanın “qara gözü”nə aşiq olduğu üçün 2,6 milyard avro ayırmır ki, bu ölkəyə. Əsas məqsəd təkcə Ermənistanı Rusiyadan ayırmaq da deyil, həm də İrəvandan plasdarm kimi istifadə edib, İranın burnunu ovmaqdır. Bir sıra  Qərb paytaxtları niyə Azərbaycanın üstünə gəlirlər vaxtaşırı, çünki rəsmi Bakı öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyib illər uzunu. Amma Anyası “məşədi” olan Nikol can-başla İrana qarşı planlarda yer almağa razılaşdı, “məmləkəti-Rey” hələ yuxudadır, ayılanda gec olacaq, onda anlayacaq dost kim, düşmən kim imiş. Ermənistan əfi ilan kimi İranın boynuna dolananda Azərbaycanın qədrini biləcəklər.

Hələ ki, İran diplomatı ermənilərin nağıllana qulaq asmaqdan zövq alır. Diqqət edin: “Biz onu da qeyd etdik ki, yalnız region ölkələri sülh və sabitliyin təminatçısıdır, xarici qüvvələrin mövcudluğu isə bu sülh və sabitliyi təmin edə bilməz, onlar başqa məqsədlər güdürlər”. Sülhün və sabitliyin təminatçılarına baxın bir. Sülh istəyən, bölgənin taleyini düşünən Ermənistana göz ağardar, avropalı, amerikalı casusların İrəvandan qovulmasını tələb edərdi, Qarabağla bağlı iddialardan birdəfəlik əl çəkməsini istəyərdi. Amma İran Azərbaycanın Naxçıvan bölgəsi ilə quru yolunun açılmaması üçün əlindən gələni edir, hətta Ermənistana Zəngəzur dəhlizini açmamaq üçün təzyiq göstərir. Tez-bazar Qafanda baş konsulluğunu qurmaqla da Azərbaycanın yolunu kəsəcəyini düşündü bu “sülh və sabitlik carçısı”.

İranda həddini aşanlar gündən-günə çoxalır. Hava sərhədlərimizi pozmağa yönəlik cəhdlərin ardınca İran hökumətinə bağlı jurnalistlər sərsəmləmə yarışına giriblər: “Bir gün gələcəyik”-deyə Azərbaycan dövlətini təhdid edirlər.  

Prezident: Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının  müdrikliyinin və istedadının təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin X Qlobal Bakı Forumunda “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”-fikri,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşdığını vurğulaması, Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirməsi fars şovinistlərini yaman yandırıb, hələ də tüstülənirlər. Şovinistlərin “analitik”i öz aləmində guya cavab verib, Nizami Gəncəvini “fars şairi” adlandırıb, “Xosrov və Şirin” poemasında fars izləri ilə yanaşı, erməni (!) izlərini də axtarmağa çalışıb. Şəhriyara “fars şairi” deyəcək qədər düşüncəsiz olanların davranışları təəccüblü deyil əsində...Amma yaddaşlarını təzələməkdə fayda var...

12-ci əsrdə yazıb-yaratmış dahi Nizaminin əsərlərində erməni izi axtarmaq, Şirini “erməni” adlandırıb, ərmən tayfası ilə hayları eyniləşdirməyə çalışmaq əbləhlikdir. Şovinistlər tarixi vərəqləsələr, anlayarlar ki, Nizami Gəncəvi türkdür, onun dağlar arasındakı Qumda anadan olduğu barədə mənbələrə gəldikdə, İranın Qumu dağlar arasında deyil, səhralıqdadır, olsa-olsa, bu, Qax rayonunun Qum kəndidir. Yəni İrana, farsa qəti şəkildə aidiyyatı yoxdur Şeyx Nizaminin, bunu akademik Ziya Bünyadov da təsdiq edib. Digər tərəfdən, hayların elə İran ərazisindən Qarabağa köçürülməsi (1826-28) “Xosrov və Şirin”in yazılmasından (1180) 7 əsr sonra (!) baş verib! Başları elə dumanlanıb ki, tarix də yaddan çıxıb, qonşuluq da, dindaşlıq da! Yuxarıda yazdıq, Ermənistanda anti-İran əməliyyatı hazırlanır, İran isə yuxudadır, röyasında da Nizami Gəncəvini “fars şairi” görür hələ...

Peşman olacaqlar, sonra deməsinlər ki, niyə xəbərdar eləmədiniz! Bizdən demək!  

 Elşad Paşasoy: - Şuşadan NÖQTƏli və NİDAlı zərbələr-Baş Komandan barmağını  yeni hədəflərə tuşladı

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR