İnsanlara hürriyət, millətlərə istiqlal!

Antonio Quterreş qadınlara sataşan səfiri məzuniyyətə göndərdi

511 29.01.2021 15:07 Qalmaqal A A

BMT-nin əməkdaşlıq üzrə səfiri Fabrisio Oçşild (Fabricio Ochschild) uyğunsuz davranışda şübhəli bilinərək təhqiqata cəlb edilib.

“Report” “Pledge Times”-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Antonio Quterreş bununla bağlı fikir bildirib.

Bundan əvvəl KİV-də BMT-nin 75-ci ildönümünə hazırlıqlar vaxtı F.Oçşildin bir neçə qadına sataşmada ittiham eolunması barədə məlumat verilmişdi. Baş katibin nümayəndəsi Stefan Dujarik A.Quterreşin hər hansı cinsi sataşma, ayrı-seçkilik, səlahiyyətlərdən sui-istifadə hallarına qarşı çox ciddi olduğunu vurğulayıb.

BMT baş katibi bununla bağlı araşdırma aparmaq göstərişi verib. F.Oçşild isə araşdırma başa çatanadək məzuniyyətə göndərilib.

Qeyd edək ki, 2018-ci ilin avqust ayında BMT gender bərabərliyi və qadın fəallığı baş müşaviri Ravi Karkaru da cinsi sataşmalar şübhəsi üzündən yaranmış qalmaqalın ortasına duşub. Ona qarşı azı 8 nəfər şikayət vermişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR