ANTİKORRUPSİYA İDARƏSİ ƏN ÇOX ŞİKAYƏT OLUNAN NAZİRLİKLƏRİN ADLARINI AÇIQLADI
K.Əliyevin sözlərinə görə, 2011-ci ildə idarənin istintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırılması həyata keçirilib, 229 şəxs barəsində 142 cinayət işinin isə tamamlanaraq məhkəməyə göndərilib. Ötən il 16 şəxs barəsində 11 iş rüşvət alma, 3 şəxs barəsində 2 iş nüfuz alveri ilə bağlı olub. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri ilə bağlı fiziki və hüquqi şəxslərə vurulmuş 17 milyon 165 min manat ziyandan 7 milyon 822 min manatın ödənilməsi təmin edilib.
K.Əliyev korrupsiyaya qarşı mübarizədə effektivliyi artırmaq, bu cür hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində 2011-ci il martın 3-dən etibarən 24 saat ərzində fəaliyyət göstərən “161" nömrəli ”Qaynar xətt" əlaqə mərkəzi yaradıldığını bildirib: “Ötən müddət ərzində "Qaynar xətt"ə 3578 müraciət daxil olub, korrupsiya ilə əlaqədar olmayan bir sıra müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulan hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib".
İdarə rəisi korrupsiya ilə bağlı ən çox şikayət olunan dövlət qurumlarının adlarını açıqlayaraq bildirib ki, bunlar vətəndaşların pensiya məsələləri, təhsil, səhiyyə, bank işi, hüquq-mühafizə orqanları, bələdiyyələr, yerli icra orqanlarıdır: “Heç şübhəsiz ki, daxil olan müraciətlər arasında bəzi qayda pozan prokurorluq işçiləri də olub. Belə ki, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilib”. Bundan başqa, korrupsiya hüquqpozmalarına yol verən 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan biri prokurorluq orqanlarından xaric edilib.
K.Əliyev deyib ki, ötən il ümumilikdə hüquq-mühafizə orqanlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 30 məlumat daxil olub. Onun sözlərinə görə, daxil olan həmin məlumatlardan 9-u Fövqəladə Hallar Nazirliyindən, 9-u Ədliyyə Nazirliyindən, 1-i Məhkəmə-Hüquq Şurasından, 1-i Daxili İşlər Nazirliyindən, 1-i Dövlət Miqrasiya Xidmətindən, 4-ü Milli Təhlükəsizlik Nazirliyindən və 5-i digər hüquq-mühafizə orqanlarından olunub. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Daha 10 cinayət işi üzrə isə hazırda ibtidai istintaq davam etdirilir. Mətbuat konfransında rüşvət aldıqlarına görə işdən qovulan üç DYP əməkdaşları haqda da məlumat verilib. Bildirilib ki, onlar barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.