İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiböhran Koalisiyası YAP, Müsavat və AXCP ilə debat təklifini qüvvədə saxlayır

937 09.03.2016 17:23 Siyasət A A

Musavat.com-a verilən xəbərdə yazılıb ki, iclasda  əvvəl qəbul olunmuş qərarların icra vəziyyəti barədə məlumatlar dinlənilib və müvafiq qərarlar qəbul edilib.

YAP- a ölkədəki iqtisadi,  sosial siyasi böhran, Müsavat partiyası və  AXCP- yə siyasi müxalifətin problemləri mövzularında xalq qarşısında, açıq,  debatların keçirilməsi təkliflərinə münasibətlə  ictimaiyyətə aşağıdakı informasiyanın verilməsi məqsədəuyğun sayılıb. “Debatlara çağırış ölkədə fəaliyyət göstərən ictimai siyasi qüvvələrin nümayəndələrinin  21 fevral 2016- cı il tarixində 400 nəfərin iştirak etdiyi toplantısının tapşırığına əsasən göndərilib.   

Dəvəti imzalamış ADP sədri S. Cəlaloğlunun informasiyasına görə yalnız Müsavat Partiyasının rəhbərliyi əlaqə saxlayaraq, məsələni müzakirə etmək üçün görüş təklif edib. YAP və AXCP- dən hələlik rəsmi, ünvanlı reaksiya olmayıb. 

Eyni zamanda sosial şəbəkələrdə adı çəkilən təşkilatların üzvü olduqları bildirən bəzi şəxslər tərəfindən debata çağırışın Koalisiya əleyhinə əks-təbliğat  üçün istifadə edildiyi təəssüflə  müşahidə olunur. Müzakirələr nəticəsində debatların  keçirilməsi ilə bağlı təmasların davam etdirilməsi məqsədəuyğun sayılıb.” 

İclasda siyasi aksiyalar üzrə koordinatorlara   tapşırılıb ki, Respublika Mitinq Komitəsinin yaradılması məsələsi istiqamətində konkret addımlar atsınlar və mart ayında mitinq komitəsinin toplantısını təşkil etsinlər. Qulamhüseyn Əlibəyliyə Azərbaycanda  parlamentə növbədənkənar seçkilər və keçirilməsinə dair referendum mövzusunun hüquqi aspektləri barədə  sənəd hazırlamaq həvalə olunub. 

“Xocalı soyqırımı haqqında Azərbaycan Respublikası Qanunu”nun layihəsi bəyənilib və Prezident Administrasiyası və  Milli Məclis Aparatına  göndərilməsi iclasın sədrinə həvalə olunub.  

Qərara alınıb ki, ölkədə vətəndaşların ağır sosial vəziyyəti nəzərə alınaraq  “Kredit tətili haqqında”  qanun layihəsi hazırlansın və müvafiq orqanlara təqdim edilsin. İctimai siyasi vəziyyətlə bağlı digər məsələlər müzakirə edilib.  

Musavat.com  


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR