İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiböhran Koalisiyası YAP -ı, Milli Şuranı və Müsavatı xalq qarşısında açıq debata çağırdı

3005 03.03.2016 21:10 Siyasət A A



Martın 3-də ADP qərargahında  Antiböhran Koalisiyası işçi qrupunun növbəti keçirilib. Bu barədə Musavat.com-a Koalisiyanın sözçüləri məlumat veriblər. Məlumatda bildirilir ki,  iclasda aşağıdakı qərarlar qəbul eidlib:

- KİV və ayrı- ayrı vətəndaşlardan  Koalisiya barədəki  suallarla əlaqədar belə bir məlumatın yayınlanması razılaşdırılıb. “Antiböhran Koalisiyası  mövcud geosiyasi, iqtisadi, sosial və hərbi- siyasi böhran və sarsıntılar dövründə meydana çıxmış təhdidlərə qarşı milli gücün səfərbər olunması,  cəmiyyətin və dövlətinin təhlükəsizlik və inkişaf strategiyası ilə bağlı   çağrılara adekvat cavabların tapılması naminə səylərin koordinasiya edilməsi   məqsədilə Azərbaycanda fəaliyyət göstərən  ictimai siyasi qüvvələr tərəfindən yaradılıb. 

Koalisiya:  - layihələr, proqramlar, konsepsiyalar, analitik arayışlar və rəylər hazırlamaq, ictimai    müzakirələrə  çıxarmaq, dövlətə və ictimaiyyətə təqdim etmək; dinləmələr,  diskussiyaların keçirilməsi yolu ilə fərqli düşüncə,  mövqe və alternativləri   ortaya qoymaq;    seminarlar , konfranslar, mütəxəssislər və ekspertlərlə görüşlər,  keçirmək; öz mövqeyini qanunla qadağan olunmayan bütün vasitələrdən  istifadə etməklə ifadə etmək və s.   formalarda   fəaliyyət göstərir.       Koalisiyanın   işi ilk dövrdə onun Təşəbbüs Qrupu tərəfindən    təşkil edilir”; 

- Qərara alınıb ki, böhranla bağlı mövzuda YAP, siyasi müxalifət problemləri mövzusunda Milli Şura və Müsavat Partiyası xalq və KİV qarşısında açıq debatlara çağırılsın. Bu məsələnin icrası ADP sədri Sərdar Cəlaloğluna həvalə edilib;

- Kütləvi aksiyalarla  bağlı yerlərdə və Mərkəzdə komitələrin yaradılması KXCP sədr M. Mirəlioğluna və AXP sədri P. Hüseynə həvalə edilib.   

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR