İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiböhran Koalisiyası kütləvi aksiya keçirilməsi üçün təşkilat komitəsi yaratdı

1750 24.02.2016 19:11 Siyasət A A
24 fevral tarixində ALDP qərargahında Antiböhran Koalisiyası işçi qrupunun iclası keçirilib. Musavat.com-un məlumatına görə iclasda: 

1.  Qanunvericilik təşəbbüsü hüququ və qanun qəbul etmə səlahiyyəti olan orqanlar qarşısında Xocalı soyqırımının tanınması  haqqında Azərbaycan Respublikası qanununun qəbul edilməsi məsələsinin qaldırılması qərara alınıb.  Xüsusi olaraq vurğulanıb ki, həmin qanunda həmçinin Azərbaycan Respublikası ərazisində Xocalı faciəsinin soyqırımı hadisəsi kimi inkarı, şübhə altına alınması kimi halların qadağan edilməsi və bu qadağanın pozulmasına  görə məsuliyyət müəyyən edilməsi təsbit olunmalıdır. Antiböhran Koalisiyasına daxil olan təşkilat üzvlərinin 26 fevral 2016- cı il tarixdə Xocalı abidəsini birgə ziyarət etmələri  və  həmin gün saat 14.00 –da Xətai metro stansiyasının çıxışı qarşısında  yığışmaları tövsiyə olunub;
  
2.  Parlamentin buraxılmasına  dair referendum keçirilməsi  haqqında qərar qəbul edilməsi üçün imza toplanması və bu məqsədlə tədbirlərə, o cümlədən  hüquqi - texniki işlərə başlamaq haqqında qərar qəbul edilib; 

3. İctimai- siyasi təşkilat və vətəndaşların nümayəndələrinin  21 fevral 2016-cı il tarixli toplantısının tövsiyələrinə uyğun olaraq, bundan sonra bu tipli tədbirlərin açıq havada, mitinq formasında keçirilməsini təmin  etmək üçün kütləvi aksiyalar üzrə təşkilat komitəsi yaradılsın. Nəzərdə tutulur ki, ilkin mərhələdə təşkilat komitəsi funksiyası Antiböhran Koalisiyası işçi qrupu tərəfindən həyata keçiriləcəkdir.  Mümkün qədər  ən tez bir zamanda təşkilat komitəsi ictimai toplantı iştirakçılarından ibarət  geniş tərkibdə formalaşdırmaq razılaşdırılıb. 


Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR