ANS TV-də fövqəladə toplantı keçirildi - Mirşahin açıqlama verdi: ''Biz bununla razılaşmırıq'' - VİDEO - FOTOLAR
Hazırda ANS TV-də fövqəladə toplantı keçirilir. Bu barədə Musavat.com-a teleşirkətdə olan əməkdaşımız xəbər verib.
Onun özlərinə görə, telekanalın rəhbərliyinin toplantısından sonra məsələ ilə bağlı bəyanat veriləcək.
Müxtəlif KİV nümayəndələri toplantının yekununu gözləyirlər.
ANC vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərə deyib: "Məlumdur ki, məhkəmə ANS TV-nin fəaliyyətinə xitam verib. Təbii ki, biz bununla razılaşmırıq. Müvafiq instansiyasılara müraciət edəcəyik".
Qeyd edək ki, bu gün məhkəmə ANS TV-nin lisenziyasına xitam verib.
Məhəmməd Türkmən
Musavat.com






