İnsanlara hürriyət, millətlərə istiqlal!

Anqolanın OPEK-dən çıxmasını iki səbəbi - sayılmazlıq və hasilatı azaltmamaq istəyi

288 22.12.2023 12:47 Dünya A A

Ən böyük neft istehsalçılarından biri olan Anqola OPEK-dən çıxmaq qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin mineral ehtiyatlar, neft və qaz naziri Diamantino Azevedo məlumat verib. Onun sözlərinə görə, Anqola təşkilatın səssiz üzvü olmaq istəmir, öz töhfəsini vermək istəyir.

Bundan əvvəl OPEC+ ölkələri Anqola üçün neft hasilatı kvotasını sutkada 1,11 milyon barrelə endirmək barədə razılığa gəliblər.

“Biz susmalı olduğumuz təşkilatlarda olmaq istəmirik, bunun əvəzinə fəal olmaq və töhfə vermək istəyirik. Biz gördük ki, bizim hərəkətlərimiz heç bir real nəticəyə gətirib çıxarmır, deməli, bu təşkilatda heç bir iş görmürük”, – deyə Journal de Angola onun sözlərindən sitat gətirir.

Anqola 16 il OPEK-in üzvü olub. Onun çıxmasından sonra Neft İxrac Edən Ölkələr Təşkilatının 12 üzvü olacaq. Bloomberg yazır ki, ölkənin geri çəkilməsinə səbəb OPEC+ şərtlərinə uyğun olaraq neft hasilatını azaltmaq istəməməsi ola bilər.

Anqolanın OPEK-dən çıxması xəbərinin ardınca neft qiymətləri kəskin ucuzlaşmağa başlayıb. Belə ki, “Brent” markalı neftin fyuçersləri bir barel üçün 78,2 dollara (-1,9%), WTI markalı neft 1,9% ucuzlaşaraq 72,8 dollar/barelə düşüb.

OPEC+ nazirləri noyabrın sonunda neft tədarükünü gündəlik 1 milyon barel azaltmaq barədə razılığa gəliblər.

36-cı nazirlər görüşündən sonra verilən ümumi açıqlamada Anqola, Konqo və Nigeriya üçün 2024-cü il üçün neft hasilatının səviyyəsinin dəyişdirildiyi bildirilib. İndi Anqola ilkin razılaşdırılmış 1,28 milyon barel əvəzinə gündə 1,11 milyon barel, Konqo 277 min (276 min əvəzinə), Nigeriya isə 1,5 milyon (1,38 milyon əvəzinə) neft hasil edə biləcək.

Bundan əvvəl “The Wall Street Journal” noyabrın 30-da keçirilən iclasda iştirak edən mənbələrə istinadən yazıb ki, Afrikanın iki ən böyük neft istehsalçısı Nigeriya və Anqola fərdi hasilat kvotalarını azaltmağa müqavimət göstərir. Onların fikrincə, OPEC hesabatlarında neft hasilat imkanlarını həddən artıq qiymətləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR