İnsanlara hürriyət, millətlərə istiqlal!

Anomal istilər dünyanın bir sıra iri paytaxtlarını bürüyüb - PROQNOZLAR məyusedicidir

896 30.06.2024 23:29 Dünya A A

Ekspertlərin sözlərinə görə, 2024-cü ilin yayında istilər tamamilə yeni səviyyəyə çata bilər.

Qlobal istiləşmənin pisləşməsi və hər il planetin böyük şəhərləri fəlakətli şəkildə istiləşməyə davam etdikcə elm adamları həyəcan təbili çalır. Belə şəraitdə yaşamaq getdikcə çətinləşir.

Bu barədə “Reuters“ yazır.

Hər il tədqiqatçılar havanın temperaturunda artım qeydə alırlar və son üç onillik kritik həddə çatıb. İl ərzində termometrin +35 dərəcəni keçdiyi günlərin sayı 52 faiz artıb. 2024-cü ilin yayı isə əvvəlkilərdən heç bir şəkildə geri qalmayacaq, hətta yeni səviyyəyə çata bilər.

Qeyri-normal istilər 200 milyondan çox insanın yaşadığı dünyanın bir neçə əsas paytaxtını vurub. İndi Dehli (Hindistan), eləcə də Dəkkə (Banqladeş) və Manila (Filippin) “cəhənnəm” temperaturlarından əziyyət çəkir. Alimlər Dehlidə son 75 ilin ən pis isti dalğasını qeydə alındığını bildiriblər. Orada havanın temperaturu bir aydan çox müddət ərzində +40 dərəcə daxilində qalıb.

Və proqnozlar məyusedicidir. Tədqiqatçılar vəziyyətin hər il daha da pisləşəcəyinə inanırlar. İnsanlardan sağlamlıqlarına diqqət yetirmələri və müəyyən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR