İnsanlara hürriyət, millətlərə istiqlal!

Ann Linde: “Bizim Bakıda yenilənmiş diplomatik varlığımız ikitərəfli əlaqələrin vacibliyini təsdiqləyir”

528 15.03.2021 22:24 Son xəbər A A

“Bizim Bakıda yenilənmiş diplomatik varlığımız ikitərəfli əlaqələrin vacibliyini təsdiqləyir”.

APA xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde özünün “Twitter” hesabında qeyd edib.

“Azərbaycanla İsveç arasında daha geniş əməkdaşlığın potensialı ilə bağlı Azərbaycan Prezidenti, Xarici İşlər naziri və Baş nazirinin müavini ilə yaxşı müzakirələr oldu. Bizim Bakıda yenilənmiş diplomatik varlığımız və Azərbaycanın tezliklə İsveçə səfirinin təyin edilməsi ikitərəfli əlaqələrin vacibliyini təsdiqləyir”, - deyə Ann Linde bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR