Ankaradakı partlayışda "kürəcikli bomba"dan istifadə edilib - FOTO,VİDEO
Dünən Türkiyənin paytaxtı Ankarada törədilmiş qorxunc partlayışdan sonra yerə saçılan dəmir kürəciklər hər kəsin diqqətini cəlb edib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, DİSK başqanı Kani Beko bildirib ki, partlayış arxamızda olsa da, ayaqlarımıza dəmir kürəciklər sıçradı.
Parça təsirli bomba ola bilər
Təqribən 100 metr məsafəyə yayılan dəmir halqalar, partladılan bombanın ətrafa yayılan və parça təsirli bomba ola biləcəyinə işarə verir.
Topuqlarımıza qədər qan içində qaldıq
Ankaradakı partlayış sırasında mitinqə qatılan CHP millət vəkili Musa Çam da o an yaşadıqlarından danışıb. M.Çam çox qısa aralıqlarla iki partlayışın olduğunu və önünə dəmir kürəciklərin düşdüyünü dilə gətirib.
Toğrul İSMAYIL
Musavat.com






