İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ankaradakı nəticə Türkiyənin siyasi istiqamətini müəyyənləşdirəcək" - Financial Times

1228 27.03.2014 14:36 Son xəbər A A
İngiltərədə çap olunan "Financial Times" qəzeti 30 mart seçkilərindən yazıb.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, qəzet Ankaradakı vəziyyəti analiz edib. 
Bələdiyyə başçısı namizədləri Məlih Gökçək və Mansur Yavaş arasında gedən mübarizəni qəzet belə şərh edib:

"Məlih Gökçəyin seçkiləri qazanması üçün Ankaraya vəd etdiyi proyektlər var. Bunlara içində 70 metr uzunlugunda dinazavr maketli Avropanın ən böyük parkı, ictimai nəqliyyat sistemini gücləndirmək üçün 23 km məsafədə kanat və İstanbul boğazına rəqib ola biləcək 11 km kanal yer alır. 

Amma bu mega proyekti həyata keçirib keçirməyəcəyini bilmək asan deyil. Bunun üçün o, beşinci dəfə eyni vəzifəyə seçilməlidir. Bu isə hələ ki məlum deyil. Yerli seçkilər öncəsi Ankara ən hərarətli mübarizə məkanıdır. Hətta sui-qəsd ehtimalina görə xəbərdarliqlar edilib. Burdakı seçki Türkiyənin siyasi istiqamətini müəyyənləşdirəcək.  Əgər Məlik Gökçək seçilsə Ərdoğan rahat nəfəs ala bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR