İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada Turan qurultayı - türk ellərindən və Azərbaycandan gələnlər nələr dedilər - VİDEO, FOTOLAR

6884 23.03.2019 20:24 Son xəbər A A

Musavat.com xəbər verir ki, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Birinci Turan Beynəlxalq Türk Uyğarlığı Qurultayı işə başlayıb. Qurultayda dünyanın bir çox ölkələrindən olan nümayəndələr iştirak edib.

Azərbaycandan qurultayda Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, millət vəkili Adil Əliyev, Azərbaycanın tanınmış iş adamı, xeyriyyəçi, «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti, Avropa Azərbaycan Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov, araşdırmaçı - alim Səftər Rəhimli, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu, "Hilal" təşkilatının rəhbəri Arzuman Abdulkərimov iştirak ediblər.

Qurultay iştirakçıları ilk öncə qurultayın təşkilat komitəsinin sədri Dərviş Varın rəhbərliyi ilə Atatürkün Anıt qəbrini ziyarət edib, əklil qoyublar. Daha sonra onlar qurultayın keçirildiyi otelə gəliblər.

Tədbir coşqulu çıxışlarla yadda qalıb. Rəsmi hissədən sonra qurultay iştirakçıların şərəfinə verilən ziyafətlə davam etdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR