Angela Merkel Yaponiyanı NATO-ya dəvət edib
Almaniya kansleri Angela Merkel 2015-ci ilin martında Tokioda səfərdə olarkən, gözlənilmədən Yaponiyanın baş naziri Sindzo Abeyə NATO-ya daxil olmağı təklif edib.
Musavat.com xəbər veri ki, bu barədə məlumat “The Japan News” qəzetində yer alıb.
A.Merkel S.Abeni əmin edib ki, bu məsələdə Böyük Britaniyanın baş nazirinin və Fransa prezdentinin də razılığını ala bilər.
Yaponiyanın baş naziri isə “bu gələcəyin işidir” deyə cavab verib.
Məqalənin müəllifi bildirir ki, Yaponiya çətin ki, NATO-ya daxil olsun. Buna baxmayaraq, Yaponiya “Geniş əməkdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir.
Aygün SƏFƏRLİ,
Musavat.com






