İnsanlara hürriyət, millətlərə istiqlal!

Angela Merkel: “Pandemiya Avropanın nə qədər zəif olduğunu göstərdi”

683 18.06.2020 15:34 Dünya A A

“Koronavirus pandemiyası Avropa Birliyi tarixində ən böyük təhdid olmaqla bərabər, əslində qoca qitənin nə qədər zəif olduğunu göstərdi”

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri Almaniya kansleri Angela Merkel Bundestaqdakı çıxışında səsləndirib:

“Pandemiya həmçinin, məhz Avropanın da zəifliyini nümayiş etdirib”,-deyərək Angela Merkel koronavirusa qarşı alınan tədbirlərin əslində milli xarakter daşıdığına diqqət çəkmək istəyib.

Almaniya lideri AFR-in bu ilin iyul ayının 1-dən Avropa Birliyində sədrlik edəcəyini xatırladaraq, bunun böyük məsuliyyət olduğunu söyləyib: “Bir tərəfdən biz böhranın nəticələrini aradan qaldırmalı, digər tərəfdən isə Avropanı daha da çox rəqabətə davamlı hala gətirməliyik.  Avropanın Almaniyaya ehtiyacı olduğu kimi bizim də Avropaya ehtiyacımız var”,-deyə alman kansler qeyd edib.

Angela Merkel bu səbəbdən Birlik daxilində koronavirus pandemiyasından dolayı hər hansı parçalanmaya yol verilməməsinin lazım olduğunu vurğulayıb. Onun fikrincə, düşmənlər hər an Vahid Avropanın süqutunu gözləyirlər: “Biz ayrı-ayrı üzv ölkələrin ayrılmasına və daxili bazarı zəiflətməsinə imkan verməməliyik. Bu qədər avam olmayaq”,-deyə o bildirib.

Kansler Merkel anti-demokratik və avtoritar hərəkatların iqtisadi böhrandan öz məqsədləri üçün istifadə edərək, əhali arasında sosial qorxu və güvənsizlik duyğusu yaymaq istədiklərini də vurğulayaraq, əsas vəzifələrinin populist və radikallara qarşı mübarizə aparmaqdan ibarət olduğunu deyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR