İnsanlara hürriyət, millətlərə istiqlal!

Angela Merkel Estoniyanın dövlət mükafatı ilə təltif ediləcək

256 25.02.2021 10:35 Dünya A A

Prezident Kersti Kalyulayd Estoniya Respublikasının 103-cü ildönümü münasibətilə 152 nəfərə mükafat təqdim edəcək.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, təltif olunacaq namizədlər arasında Almaniya Kansleri Angela Merkel də var.

Angela Merkel Estoniyanın Müstəqillik Gününün ildönümü ərəfəsində Almaniya ilə Estoniya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə 1-ci dərəcəli “Maaryamaa Xaçı” mükafatına təqdim ediləcək.

Qeyd edək ki, fəaliyyətlərində göstərdikləri əzmkarlıq və müasir Estoniyanın əsaslandığı prinsiplərə (doğruluq və demokratiya, bilik və işbazlıq, qayğı və diqqət) sadiqliyinə görə Estoniya sakinləri və bu ölkənin xaricdəki tərəfdarları mükafatlarla təltif edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR