İnsanlara hürriyət, millətlərə istiqlal!

ANAR MƏMMƏDOVUN TOYUNDA QƏZA BAŞ VERİB (VİDEO)

21741 18.11.2011 09:43 Ölkə A A

Belə ki, bəyin özünün maşınının qiyməti 250-300 min manat arasında dəyişən “Buggati”dir. Onun dövlət qeydiyyat nişanı 10 LR 100-dür. Karvanda həmin maşından daha biri də var, onun nömrəsi isə 10 LZ 100-dür. Bundan başqa, Karvanda “Porşe” markalı eyni modelli (Panamera) maşın var. Onların nömrəsi 10-700-dür. Həmin maşınların qiyməti 200 min manatdır. Təxminən 50 maşından ibarət olan toy karvanında həmçinin hər birinin qiyməti 150-200 min manat arasında dəyişən 10-dan çox “Mercedes” markalı maşın var. Bundan başqa, qiyməti 120 min manat olan iki “BMW X6", bir ədəd isə 7-ci seriyaya aid ”BMW" var. Həmçinin mərasimdə qiyməti 130 min manat olan “AUDİ Q7" də iştirak edir. Karvandakı digər maşınların qiyməti isə 50-100 min manat civarındadır.
Orta hesabla toy karvanındakı maşınların ümumi dəyəri 5 milyon dollardan artıqdır.
Toy karvanı aeroport yolunda hərəkət edərkən maşınlardan biri - “Mercedes” markalı avtomobil sürətlə sağa dönmək istəyən digər maşına çırpılır. Lakin kortec dayanmır, “Buta”ya doğru hərəkətini davam etdirir.
Maşın karvanı aeroport yolunda çox böyük sürətlə hərəkət edərək “Buta” sarayına gəlir. Sarayın yaxınlığına çatanda karvan tamam dayanır. Sürücülər kameramanın işarəsindən sonra bir-bir karvandan çıxaraq çox böyük sürətlə (forsajla) saraya doğru şütüyürlər.
Son iki gündə bu video sosial şəbəkələrdə geniş yayılıb. Bunu izləyənlər bu qədər bahalı maşınlardan ibarət toy karvanının olmasını tənqid edirlər. Həqiqətən də ədalətsizliyin və kasıbçılığın bütün şiddəti ilə hökm sürdüyü bir ölkədə nazir oğlunun xalqın gözü qarşısında bu cür dəbdəbələr göstərməsi təkcə ayıb deyil. Həm də və daha çox hakimiyyətin özü üçün təhlükəlidir. Çünki xalq bu iqtidardan və məmurlardan çox yığıb, qəzəblidir... O üzdən də gərək elə məmurlar özləri xalqı qıcıqlandıran hərəkətlərə yol verməyələr.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR