İnsanlara hürriyət, millətlərə istiqlal!

"Anadolu kimi bura da bizim torpağımız, bura da vətənimizdir"- Rəcəb Tayyib Ərdoğan

663 28.05.2022 16:08 Gündəm A A

"Sizi səmimi qəlbdən salamlayıram. Can Azərbaycanın Müstəqillik Günündə sizinlə birlikdə olmaqdan xoşbəxtəm. Müstəqillik Gününüzü canı-qəlbdən təbrik edirəm”.

Musavat.com xəbər verir ki, bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, şəhidləri rəhmət və hörmətlə yad edir: “Allah bizi şəhidlərimizin müqəddəs yolundan ayırmasın. İki həftə əvvəl Artvin-Rizə hava limanının açılışında qardaşım İlham Əliyevlə birlikdə iştirak etmişdik, bu gün də burada birlikdəyik. Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşımızla azadlığında iştirak etdiyi torpaqların hər qarışına, Zəngəzura, Laçına, Şuşaya, Azərbaycanın hər bölgəsinə salamımı göndərirəm. Biz kədəri də, sevinci də bir olan iki qardaş dövlətik”.

Türkiyə Prezidenti deyib ki, Anadolu kimi bura da bizim torpağımız, Türkiyə kimi bura da vətənimizdir:
“Türkiyənin hər bir qarışı da sizlərin Vətəni, yurdudur. Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara, heç kim iki qardaşı ayıra, könüllər arasına sərhəd qoya bilməz”.

Türkiyə prezidenti əlavə edib ki, "Baykar” şirkətinin Akıncı pilotsuz aparatı Türkiyədən Azərbaycana uçaraq bir rekord qırdı: "Azərbaycan və Türkiyə münasibətlərini dünyaya örnək olan bir səviyyəyə çıxardıq. Səfərimin Azərbaycanın qədim şəhəri olan Şuşa ilində baş tutmasının ayrıca önəmi var”.

Afaq Mirayiq,
Anar Əhməd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR