İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ana vətən – yavru vətən münasibətləri dəyişməlidir” – yeni prezidentin mövqeyi

1121 27.04.2015 17:10 Siyasət A A


Mustafa Akıncı seçki sonucları elan edildikdən sonrakı ilk açıqlamasında ölkədə yeni dönəmin başlandığını deyib: “Bu dönəmi vətəndaşlarla birlikdə başladırıq. Nə olursa-olsun, bir toplumda dəyişiklik zamanı gəldisə, onun qarşısını heç bir güc ala bilməz. Biz bu dəyişikliyi etməkdə qərarlıydıq və bu dəyişiklik oldu”.

BBC yazır ki, “dəyişiklik və çözüm” şüarları ilə iqtidara gələn 68 yaşlı Mustafa Akıncı Türkiyə ilə münasibətlərə yenidən baxılmasının “ana vətən - yavru vətən” münasibətlərinin dəyişdirilməsinin tərəfdarıdır: “Kıbrıs türkləri öz ayaqları üzərində dayanmalıdırlar. Biz özümüz özümüzü idarə etməliyik”.  

Mustafa Akıncı Orta Doğu Texnik Universitetinin memarlıq fakültəsinin məzunudur. O, 1987-2001-ci illərdə Toplumçu Qurtuluş Partiyasına liderlik edib. 1993-2009-cu illərdə parlament üzvü olub. İndiyə qədər o, Quzey Kıbrıs Türk Cümhuriyyətinin paytaxtı Levkoşanın bələdiyyə başçısı, mədəniyyət naziri olub, baş nazirin müavini vəzifələrində çalışıb. Akıncı Quzey Kıbrısla yunanların tabeliyində olan Güney Kıbrısın birləşdirilməsinə yönəlik Annan planının aktiv dəstəkçilərindəndir.

O, 2000-c ildə baş nazirin müavini olarkən koalisiya ortaqları ilə Daxili işlər və Fövqəladə hallar nazirliklərinin Türkiyə Silahlı Qüvvələrinə bağlı Təhlükəsizlik Qüvvələrinin tabeliyindən alınması təşəbbüsü ilə çıxış edib.

O zaman Təhlükəsizlik Qüvvələrinin komandanı general Ali Nihat Özeyranlı bu təşəbbüsə qarşı çıxmışdı. Həmin günlərdə Akıncı general haqqında “komutan həddini aşdı. Kıbrıs türk xalqı özü özünü yönətmək iqtidarındadır, ən başda Türkiyə buna dəstək verməlidir” sözləri ilə gündəmə gəlmişdi.

Mustafa Akıncı prezident seçkisinə müstəqil namizəd kimi qatılıb. Ancaq birinci turda səslərin yalnız 26,8 faiz səsini qazana bildiyi üçün ikinci tur keçirilməsi məcburiyyəti yaranıb.

Aygün Muradxanlı, musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR