Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan 35 yaşlı Tağıyev Taleh Əhliman oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, T.Tağıyev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb. Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İlkin Muradov
Musavat.com






