Bakıda ana söyüşünə görə adam bıçaqlayan şəxsə cəza kəsilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Ramin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Ramin Ağayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, həbs edilməsini istəyib.
Hökmə əsasən, Ramin Ağayev barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılaması barədə hökm çıxarılıb.
Qeyd edək ki, Ramin Ağayevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Ramin Ağayev tanışı Həsən Qasımovu (ad və soy ad şərtidir) bıçaqlayıb. Buna səbəb H.Qasımovun Ramin Ağayevə ana söyüşü söyməsi olub. H.Qasımov hadisə baş verən zaman sərxoş olub.
Məlum olub ki, H.Qasımov təqsirləndirilən Ramin Ağayevdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.
Ramin Ağayev isə törətdiyi əmələ görə peşman olduğunu söyləyib.
İlkin Muradov
Musavat.com






