İnsanlara hürriyət, millətlərə istiqlal!

“AMTNESTY İNTERNATİONAL” NÜMAYƏNDƏLƏRİ MƏTBUAT ŞURASINDA DA OLDU

906 18.03.2011 05:40 Media A A
O bildirib ki, Mətbuat Şurası yarandığı gündən, istər media peşəkarlığının artırılmasına, istərsə də mətbuatla dövlət qurumları arasında problemlərin həllinə yönələn müxtəlif tədbirlər həyata keçirib.
MŞ sədri Əflatun Amaşov, həmçinin, Azərbaycanda media sahəsində görülən işlər barədə məlumat verib. O, bu tədbirlər sırasında kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. lMediamız gənc olduğundan problemlərdən də uzaq deyil. Bunlar istər jurnalist peşəkarlığını, istər jurnalistlərin informasiya ilə təminatını, istərsə də digər sahələri əhatə edir. Ən başlıcası iqtisadi problemlərdir. Onların aradan qalıdırılması istiqamətində işlər aparılır. Bu məqsədlə Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Fondu yaradılıb və qurum siyasi yönümündən asılı olamayaraq bütün mətbuat orqanlarına iqtisadi yardım göstərməkdə, onların ictimai sosial-iqtisadi,mədəni həyatın müxtəlif sahələrinə dair layihələrini maliyələşdirməkdədir", - deyə o bildirib.
Şura sədri daha sonra, bildirib ki, rəhbərlik etdiyi qurum hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, daha iki istiqamətdə aktiv fəaliyyətdədir. Bunlardan birincisi, mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına dəstək məqsədilə reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin öyrənilməsi, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaqdır.
“Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizen ölkəmizə səfərlərinin məqsədlərindən danışıb. O, təmsil olunduğu təşkilatın Azərbaycanda media və insan haqları ilə bağlı geniş hesabat hazırladıqlarını bildirib. Bu məqsədlə onların bir sıra qəzet redaktorları, dövlət və qeyri hökümət orqanlarının rəhbərləri ilə görüşdükləri haqda məlumat verib. Con Dalhizen insan hüquqlarının qorunmasının demokratikləşmədə vacib amil olduğunu vurğulayaraq medianın prosesdə iştirakının və buna zəruri şərait yaradılmasının vacibliyini önə çəkib.
Görüşdə söz və mətbuat azadlığının müxtəlif aspektlərinə dair geniş fikir mübadilələri aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR