İnsanlara hürriyət, millətlərə istiqlal!

Amnesty İnternational Azərbaycanın Niderlanddakı səfirliyi qarşısında aksiya keçirib

851 20.06.2015 14:20 Son xəbər A A
Amnesty İnternational hüquq müdafiə təşkilatının Hollandiya şöbəsinin bir qrup fəalı Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirib.
Dünən təşkilatın yerli şöbəsinin fəalları Azərbaycandakı siyasi məhbusları azad etməyə çağıran plakatlarla aksiya təşkil ediblər.
Təşkilatın facebook səhifəsində deyilir ki, iyirmiyə yaxın aksiya iştirakçısı əllərində plakatlarla səfirliyinin önündə toplaşıblar və orada oturaq aksiya keçiriblər. 
Mənbənin məlumatına görə, iştirakçılar Leyla Yunus, Rəsul Cəfərov, Xədicə İsmayılova, İntiqam Əliyev və digər siyasi məhbusların azad edilməsini tələb ediblər.
Amnesty International həmçinin öz səhifəsində Azərbaycanda insan hüquqları pozuntularını pisləyən bəyannaməyə imza toplamağı davam etdirir. Bu günə bu bəyannaməni 40 mindən çox insan imzalayıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR