Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ-ın İranla 2015-ci ildə imzalanan və daha sonra icrası dondurulan nüvə sazişinə yenidən qayıtmağı “böyük səhv” adlandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı o, fikirlərini “CNN” telekanalında paylaşıb.
“Düşünürəm ki, hazırkı administrasiyanın 2015-ci il nüvə sazişinə qayıtmaq üçün İran qarşısında zəiflik nümayiş etdirməsi böyük səhvdir... Ağ Ev Vyanada az qala diz çökərək İranın razılaşmaya geri qayıtması üçün yalvarırdı. Bu, təkcə İrana deyil, bütün dünyaya zəiflik nümayişidir”,-deyə Bolton qeyd edib.
Keçmiş müşavirə görə, hazırkı anda İranın nüvə proqramından vaz keçdiyini demək mümkün deyil.
Musavat.com






