İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanın F-16 qırıcısı Sarı dəniz üzərində qəzaya uğrayıb

451 11.12.2023 08:07 Dünya A A

Amerikaya məxsus F-16 qırıcısı Sarı dəniz üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, pilot katapulta vasitəsilə xilas olub.

Hərbçi daha sonra huşunu itirmiş vəziyyətdə tapılıb. “Çosun İlbo” qəzetinin məlumatına görə, pilot sahil mühafizəsi tərəfindən xilas edilib.

Təyyarə Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Çolla-Pukto əyalətindəki Qunsan Hərbi Hava Qüvvələri bazası yaxınlığında təlimlərdə iştirak edib.//"Report"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR