İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanın Ermənistandakı səfiri Azərbaycanın tərəfini tutdu

3061 09.05.2014 13:39 Siyasət A A
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern hesab edir ki, separatçı Dağlıq Qarabağ rejiminin sülh prosesinə qatılması məsələsi yalnız tərəflər arasında danışıqlar predmeti ola bilər. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o, Ermənistanın xarici işlər nazirini müavini Şavarş Köçəryanın “İrəvan Dağlıq Qarabağın iştirakçısı olmadığı danışıqların perspektivini görmür, Azərbaycan yeganə tərəfdir ki, buna mane olur” açıqlamasına münasibət bildirərkən deyib. 

Separatçı rejimi və Köçəryanı məyus edən diplomat bildirib ki, bu, tərəflərin öz işidir və heç kəs kənardan bunu zorla reallaşdıra bilməz. Yəni səfir faktiki olaraq Azərbaycanın mövqeyini müdafiə edib. 

“Cənab Uorlik (Minsk Qrupunun amerikalı həmsədri –red.) dəqiq şəkildə qeyd edib ki, bütün tərəflərin  mövqe və baxışları nəzərə alınmalıdır”, - deyə Heffern əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR