İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalıların dörddə biri Yerin öz oxu ətraflında fırlandığını bilmir

1575 16.02.2014 21:59 Maraqlı A A
Amerikalıların ¼-i (26 %)  Yer kürəsinin öz oxu ətrafında fırlandığını bilmir. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-ın hökumət agentliyi olan “Milli elm fondu”nun keçirdiyi sorğudan belə bir nəticə hasil olub. 
    
Alimlər sorğu nəticəsində Amerika vətəndaşının təhsil səviyyəsi barədə çoxlu başqa maraqlı şeyləri də üzə çıxarıblar. Məsələn, respondentlərin 48%-i təkamülə inanır. 39% -i isə “böyük partlayış” ideyasına əmindir.

Astrologiyanın (ulduzlara əsasın öncəgörmə) mahiyyəti barədə suala cavabda rəyi soruşulanların  42% deyib ki, bu, ya elmdir, ya da ona çox yaxın bir şey. 

Fond hər il ABŞ prezidenti və Konqres üçün hesabat hazırlayır. Sorğunun məqsədlərindən biri təhsilə maliyyənin artırılmasıdır.

Musavat.com 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR