ABŞ vətəndaşlarınn demək olar ki yarısı Rusiyanın öz nüvə silahını birbaşa ölkələrinə tuşlayacağından narahatlıqlarını ifadə ediblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “NORC” İctimai rəyin öyrənilməsi mərkəzinin keçirdiyi sorğunun nəticələri bunu göstərir.
Hər on amerikalıdan doqquzu Vladimir Putinin Ukraynaya atom bombası atacağından bu və ya digər dərəcədə inandığını büruzə verib. Onlardan altısı bu məsələyə ciddi yanadığını söyləyib.
Qeyd etmək lazımdır ki, sorğu Şimali Koreyanın bu il mart ayının 25-də yeni qitələrarası raketinin uğurlu sınaq buraxılışını həyata keçirməzdən qabaq aparılıb. Amerikalıların 51%-i KXDR-i dövlətləri üçün əsl təhlükə saydıqlarını bildirib.
Musavat.com






